Minik maşını “KamAZ”-a çırpıldı, 2 nəfər öldü

  • By admin
  • 31 Avqust 2019 08:29

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, hadisə Hacıqabul şəhərinin girişində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı minik maşını əvvəlcə “KamAZ” markalı yük maşınına, daha sonra isə yaxınlıqdakı bağçanın hasarına çırpılıb. Nəticədə avtomobilin sürücüsü və bir sərnişin dünyasını dəyişib. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi deyilir.

Avtoqəza ilə əlaqədar istintaq araşdırmalarına başlanılıb.

Gununsesi.org