Minimum əməkhaqqı artırıldı - SƏRƏNCAM

  • By admin
  • 18 İyun 2019 19:50

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Gununsesi.org xəbər verir  ki, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilir.

 Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncama uyğunlaşdırmaq tapşırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Gununsesi.org