
Suriyanın Türkiyə ilə sərhəd bölgəsində yerləşən İdlib şəhərində 8 gündür əməliyyatlar davam edir.
Gununsesi.info xəbər verir ki, İdlibin cənubundakı Bidamə, Əl-Bəşiriyə, Əl-Sırməniyyə, Əl-Zahır, Əl-Sığır Hiti və Əl-Hamamə kəndlərində minlərlə insan bu gün səhərdən etibarən evlərini tərk etməyə başlayıb.
Bir çox insan Türkiyənin Hatay vilayətinin Yayladağı qəsəbəsi yaxınlığındakı düşərgələrə sığınıblar.
Qeyd edək ki, 19 sentyabrdan etibarən Rusiya və Suriya ordusu İdlibin cənubunda əməliyyat keçirir.
Gununsesi.info