Minlərlə şəxsin qazı kəsildi

Bu gün səhər saat 09:30-dan etibarən Abşeron rayonunun Saray qəsəbəsinə təbii qazın verilişində fasilə yaranıb.

Gununsesi.info bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

HTML tutorial

Məlumata görə, fasiləyə səbəb qəsəbədən keçən magistral qaz kəmərində sızma aşkarlanmasıdır. Odur ki, “mavi yanacaq” təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda qəzanın nəticələri aradan qaldırılır. İşlər başa çatan kimi qazın verilişi bərpa ediləcək. Fasilənin maksimum iş gününün sonuna qədər davam edəcəyi gözlənilir.

Gununsesi.info