Minlərlə Azərbaycan vətəndaşına vergi borcuna görə ölkədən çıxış qadağası qoyulub

  • By admin
  • 18 Sentyabr 2019 13:46

 

“Ölkədən getmək hüququ məhdudlaşdırılanların sayı artır”

Vergi ödəyicilərinin sayı artdıqca ölkədən getmək hüququ məhdudlaşdırılanların sayı da artır.

Gununsesi.org bildirir ki, bunu “Report” saytına Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O qeyd edib ki, əvvəllər vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş vergi ödəyicilərinin sayı onlarla ölçülürdüsə, indi minlərlədir.

“Hazırda respublikada 1,034 milyondan çox vergi ödəyicisi qeydiyyatdan keçib. Vergi ödəyicilərinin sayı artdıqca ölkədən getmək hüququ məhdudlaşdırılanların sayı da artır. Hamı istəyərdi ki, bu siyahıda azalma olsun və heç kim istəmir ki, ölkədən getmək hüququ məhdudlaşdırılsın”, – nazir müavini deyib.

S.Ələkbərovun sözlərinə görə, hazırda həmin vergi ödəyicilərinin adını VÖEN və ya FIN-koda uyğun sistemdə tapmaq mümkündür.