Minnesota ştatı da separatçı erməni rejiminin “müstəqilliyi”ni tanıdı - FOTO

  • By admin
  • 06 May 2020 10:10
ABŞ-ın Minnesota ştatının senatı Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejiminin “müstəqilliyi”ni tanıyıb.
Gununsesi.org xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, müvafiq qərar mayın 2-də senatın qanunvericilik aktlarının saytında dərc edilib.
Beləliklə, Minnesota ABŞ-ın qondarma rejimin “müstəqilliyini” tanıyan 10-cu ştatı oldu.
Qətnamədə erməni rejimininin “müstəqilliyi” tanınmaqla “azad və müstəqil” bir “dövlət”in yaradılması cəhdlərinə dəstək ifadə olunur.
Ştat, həmçinin, prezident və Konqresi Qarabağdakı ermənilərin  öz müqəddəratını təyinetmə və müstəqillik hüququnu dəstəkləməyə çağırır.
Eyni zamanda mayın 5-i ştatda separatçı erməni rejiminin tanınması və ermənilərin, eləcədə  “Artsax” “xalqı”nın Minnesotanın inkişafına verdiyi töhfə günü kimi qeyd edilməsi təklif olunur.
Gununsesi.org