

Minsk Beynəlxalq Transxəzər nəqliyyat dəhlizi layihəsində iştirakda maraqlıdır.
Gununsesi.info xəbər verir ki, bu fikri Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfər öncəsi “Trend”-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bakı və Minsk qarşılıqlı maraq doğuran birgə laiyəhlərin axtarışında və iştirakında maraqlıdır.
“Biz adi ticari çərçivələri aşan layihələrdə aktiv iştirak etməyə hazırıq. Xüsusən də iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən innovativ ideyalara əsaslanan, eyni zamanda kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları sahəsində birgə laiyəhlərə keçirməyə hazırıq”- deyə, Lukaşenko qeyd edib.
Belarus lideri eyni zamanda ölkəsinin Azərbaycanla nüvə tədqiqatları və atam energetikasının inkişafı sahəsində birgə əməkdaşlığa maraqlı olduğunu dilə gətirib.
Lukaşenko həmçinin iki ölkənin beynəlxalq aləmdə fəaliytətlərini yaxından koordinasiya edir və bir sıra məsələlərdə vahid mövqedən çıxış edirlər.
Gununsesi.info