Minsk Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etməyə hazırdır - Belarus prezidenti

  • By admin
  • 25 Noyabr 2016 16:28
 publika-az1392796931unnamed
“Belarus Dağlıq Qarabağ münaqişəsinin sülh yolunun axtarışı istiqamətində istənilən yardımı göstərməyə hazırdır”. 
Gununsesi.info xəbər verir ki, bu fikri Belarus prezidenti Aleksandr Lukaşenko “Trend”-ə müsahibəsində deyib.
Tam məsuliyyətlə bəyan edirəm: biz bundan sonra da Belarusun paytaxtında müxtəlif formatlarda, müxtəlif səviyyələrdə istənilən münaqişə tərəflərinin barışığı üzrə görüşlərin keçirilməsini təmin etməyə hazırıq. Bu şərtlə ki, münaqişə tərəfləri bizdən müvafiq xahişi etsinlər”- deyə, Lukaşenko bəyan edib.
O əlavə edib ki, əslində, Belarus həm milli maraqlara, həm də Avropa regionunda sabitliyin möhkəmləndirilməsinə tamamilə xidmət edən məsuliyyətli siyasətinə görə sülhməramlı statusunu əldə edib, sülhməramlıya “çevrilməyib”: “Bu gün bu danılmaz faktı bizim opponentlərimiz də qəbul edir. Minsk dünya ictimaiyyəti tərəfindən haqlı olaraq Ukraynanın şərqindəki vəziyyətin nizamlanması üzrə daha rahat platforma kimi tanınır.
Bu, Dağlıq Qarabağ probleminə də aiddir. Sizə açıq şəkildə deyirəm: belaruslular Donbassdakı hadisələrə laqeyd qalmadıqları kimi, Qarabağdakı hadisələrə də ürək ağrısı ilə yanaşırlar. Bu da təsadüfi deyil. Axı biz hamımız – ukraynalılar, ruslar, belaruslular, azərbaycanlılar, ermənilər və digər xalqların nümayəndələri – böyük bir dövlətin tərkibindən, Sovet İttifaqı adlı mehriban ailədən çıxmışıq. Buna görə də biz harada olmasından asılı olmayaraq, sülhün, normal həyatın və əmin-amanlığın bərqərar olması üçün əlimizdən gələni edəcəyik”- deyə, Lukaşenko bəzyn edib.
Lukaşenko onu da bildirib  ki,  Dağlıq Qarabağla bağlı mövqeyimiz dəyişməz olaraq qalır: problem yalnız danışıqlar masası arxasında və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq həll oluna bilər: “ATƏT-in Minsk qrupunun üzvü olaraq Belarus tərəflərə bu münaqişənin sülh yolu ilə həll olunmasında lazımi yardımı göstərməyə hazırdır. Biz bu mövqedən çıxış edirik ki, insanlar üçün öz doğma torpaqlarında sülh və əmin-amanlıqdan daha qiymətli bir şey yoxdur”.
Gununsesi.info