Minsk Qrupu fəaliyyətini dayandırdı – Lavrov ELAN ETDİ

“Bu gün Qarabağ məsələsində ATƏT-in Minsk Qrupunun fəaliyyətini görmürük”. 

Gununsesi.info  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.

“Biz deyə bilərik ki, Minsk Qrupunun fəaliyyəti tamamilə dayanıb. Biz baxmalıyıq ki, onların üzvləri kimlərdir. Fransa, Amerika və Rusiya. Bu gün ölkələr arasında bu məsələ tam həllini itirib. Bunun da səbəbi üzv olan Amerikadır. Belə məsələ ABŞ-ın təşəbbüsü ilə olub”, – deyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib.

Gununsesi.info