Minsk qrupuna “FATİHƏ”: Seçim Vaşinqtonundur!

“Azərbaycan Xarici İşlər Nazirliyinin “Minsk Qrupunun həmsədri” titulunu daşıyan heç bir diplomatın Bakıda qəbul edilməyəcəyi ilə bağlı əhatəli bəyanat yayması faydalı olardı. Moskva Minsk Qrupundan imtina edib. Brüssel də vasitəçilik fəaliyyətində bu qrupun fəaliyyətini davam etdirməsi mövzusuna toxunmağı lazım bilmir. Hətta Paris bu məsələdə isralı deyil”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

HTML tutorial

Politoloq bildirib ki, yeganə Vaşinqtondur ki, həmsədrlərin fəaliyyətini davam etdirməsini istəyir:

“Bu istək Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağ məsələsinə qarışmasına, eyni zamanda erməni separatizmini cəsarətləndirir. Deməli, diplomatiyamızın hədəfi Vaşinqtonla izahat işinin genişləndirilməsi olmalıdır. Onlara izah edilməlidir ki, Ağ Evin həmsədrlik məsələsində israrı ilk növbədə Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir edəcək. İkincisi, Rusiyanın bölgədə mövqelərini gücləndirəcək. Üçüncüsü, bölgədə sabitliyə və sülhə əngəl olacaq. Seçim Vaşinqtonundur”.

Gununsesi.info