“Minsk qrupunun 30 ildə edə bilmədiyini…” – Türkiyə Prezidenti

  • By admin
  • 12 Yanvar 2021 17:03
“Dağlıq Qarabağda 30 illik gecikmə ilə də olsa, ədalətin təcəlli etməsini, bölgənin həsrət çəkdiyi sabitliyə qovuşmasını təmin etdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə deyib.

“30 ildir Minsk qrupunun həll edə bilmədiyi və oradakı azərbaycanlı soydaşlarımızın öz ərazilərindən qovulduğu, oradan sürgünə göndərildiyi bu insanların torpaqlarını yenidən qazanmasına yardımçı olduq. Minsk qrupunun 30 ildə edə bilmədiyini verdiyimiz dəstəklə Türkiyə 44 gündə gerçəkləşdirib”, – dövlət başçısı qeyd edib.

Gununsesi.info