
2017-ci ilin yanvar – fevral aylarında Rusiyadan Belarusa 2,623 milyon ton neft ixrac edilib.
Gununsesi.info Sputnik Belarusa-a istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə 30,8% azdır.
Ancaq əldə olunan müqaviləyə əsasən Rusiya Belarusa 4 milyon ton neft hasil etməli imiş.
Göndərilən neft isə bundan iki dəfə təqribən 2 milyon ton azdır.
Rusiyanın Belarusa neftinin azaltmasına səbəb isə Minskin Moskvaya qaza görə borcunun olması ilə bağlıdır.
Minskin Moskvaya qaza görə borc həcmi 660 milyon dollara çatıb.
Neft-qaz məsləsinə görə bir ildən artıqdır ki, iki ölkə arasında gərgin münasibətlər yaranıb. Məhz buna görə də Rusiya bu ölkəyə hasil edəcəyi 24 milyon ton neftin həcmini 12-16 milyon tonadək azaldacağını bəyan edib.
Bununla belə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı müqavilə şərtlərini pozduğuna görə məhkəməyə verəcəyini bəyan edib.
Gununsesi.info













