MiQ-29 təyyarəsinin itkin pilotu, Rəşad Atakişiyevin nəşi tapıldı

  • By admin
  • 20 Avqust 2019 12:56

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

 Gununsesi.org xəbər verir ki, bu barədə Modern.az saytına pilotun qayınatası Qabil Hüseynli məlumat verib.

Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək.

Sabah saat 9-da isə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində vida mərasimi təşkil olunacaq.

Mərhumun sabah dəfn olunması planlaşdırılır. R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

 Gununsesi.org