Miqrantlar betonqarışdıran maşında BƏƏ-yə keçmək istədilər

  • By admin
  • 13 Fevral 2018 22:55

Birləşmiş Ərəb Əmirliklərində ölkəyə betonqarışdıran maşında keçmək istəyən 22 miqrant saxlanılıb.

Gununsesi.info xəbər verir ki, betonqarışdıran maşının sürücüsü Oman ilə sərhəddə Hatam gömrük məntəqəsində saxlanılıb. Betonqarışdıran maşında 21 asiya ölkələrindən olan insanlar və bir afrikalı aşkar edilib.

İnsidentlə bağlı araşdırma aparılır.

Gununsesi.info