Miqrantlar polisə hücum etdi- YARALILAR VAR

Miqrantlar polisə hücum etdi

Belçikanın paytaxtı Brüssel yaxınlığında 40-a yaxın qeyri-leqal miqrant polis patruluna hücum edib.

Gununsesi.info xəbər verir ki, polis bölməsinə bir qrup miqrantın yük maşınına daxil olmaq istədiyi barədə zəng daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşları ilə miqrantlar arasında iğtişaş yaşanıb. Polis əməkdaşları havaya atəş açmaqla iğtişaşın qarşısını almağa çalışıblar.

İğtişaş nəticəsində iki polis əməkdaşı yüngül xəsarətlər alıb.

Gununsesi.info

COMMENTS