Miqrantları daşıyan gəmi hərbi gəmi ilə toqquşdu- 34 ÖLÜ

Miqrantları daşıyan gəmi hərbi gəmi ilə toqquşdu

miqrant

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Aralıq dənizində miqrantları daşıyan qayıq Tunis Hərbi-Dəniz Qüvvələrinə məxsus hərbi gəmi ilə toqquşub.

Hadisə nəticəsində azı 34 nəfər ölüb. Ötən gün xilasedicilər 16 nəfərin meyitini sudan çıxarıblar.

Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Tunisin müdafiə nazirliyi qəzanın səbəblərini araşdırır.

Gununsesi.info

COMMENTS