Miqrantları daşıyan gəmi yandı, 60 nəfər həlak oldu

Miqrantları Aralıq dənizi vasitəsilə Liviyadan Avropaya daşıyan gəmidə güclü yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, yanğın nəticəsində gəminin göyərtəsində olan 100-ə yaxın miqrantdan 60-ı həlak olub.

Qeyd olunur ki, yanğın gəminin mühərrikində başlayıb və qısa müddət ərzində bütün gəmini öz cənginə alıb.

Miqrantlar suya tullanmaq məcburiyyətində qalıb, lakin onların əksəriyyəti üzə bilməyib və boğularaq həlak olublar.

Gununsesi.info