
ABŞ-a qeyri-qanuni miqrant axını azalıb.
Gununsesi.info-nun korrespondent.net-ə istinadən verdiyi məlumata görə, barədə ABŞ prezidenti Donald Tramp özünün “Tvitter” səhifəsində yazıb.
“Daxili təhlükəsizlik naziri general Con Kelli sərhəddə böyük işlər görür. Miqrantların sayı olduqca azalıb. Bir çoxları sərhədi keçməyə cəhd belə etmir”, D.Tramp yazıb.
Bundan əvvəl ABŞ-ın daxili təhlükəsizlik nazirliyi miqrant axınına qarşı sərhəd nəzarətini gücləndirib.
Gununsesi.info











