Mirançuk artıq “Atalanta”nın oyunçusu oldu

  • By admin
  • 30 Avqust 2020 21:34

Moskvanın “Lokomotiv” klubunun yarımmüdafiəçisi Aleksey Mirançuk karyerasını italyan”Atalanta”sında davam etdirəcək.

Gununsesi.info-nun Qazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə rus klubunun rəsmi saytında xəbər verilib.

Bildirilir ki, transferin başa çatması üçün son mərhələ, A.Mirançukun tibbi müayinədən keçməsi qalıb. Daha əvvəl “Atalanta”nın 24 yaşlı oyunçu üçün “Lokomotiv”ə 14,5 milyon avro ödəyəməyə hazır olduğu bildirilib.

Yeni mövsümdə oyunçu Russiya Premyer Liqasındada 5 oyun keçirib, iki qol vurub və bir faydalı ötürmə, keçən mövsümdə isə yarımmüdafiəçi müxtəlif turnirlərdə 30 oyuna çıxıb, 14 qol vurub və beş faydalı ötürmə edib.

 

 

Gununsesi.info