Mirqafar Seyidovun işdən çıxma səbəbi məlum oldu

  • By admin
  • 05 Fevral 2022 15:53

Xəbər verdiyimiz kimi, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.

Gununsesi.info-nun “Unikal”a istinadla verdiyi məlumata görə, M.Seyidov səhhətindəki problemə görə işdən çıxıb. Belə ki, o, artıq 5 ildir ki, bel yırtığından əziyyət çəkirmiş. Həmçinin generalın ayağında da problem yaranıb. O, bu problemlərə görə 5 dəfə əməliyyat keçirib.

Nəhayət, həkimlər Mirqafar Seyidova bildiriblər ki, onun bu vəziyyətdə xidmətdə olması sağlamlığına ciddi zərər vura bilər. Həkimlərin tövsiyəsindən sonra o, xidmətdən azad edilməsi ilə bağlı nazir Vilayət Eyvazova raport yazıb.

 

 

Gununsesi.info