Mirşahin Ağayev: “Biz köməyi xaricdən yox, dövlətimizdən gözləyirik”- -VİDEO

  • By admin
  • 10 Avqust 2016 14:57

mirsahin-yeni

Fəaliyyəti qadağan edilən ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev Gununsesi.info-nun suallarını cavablandırıb.

Mirşahin Ağayev ANS-lə bağlı son məhkəmə prosesindən tutmuş telekanalın açılması perspektivinə dair məsələlərə toxunub.

Mişahin Ağayevlə  söhbəti təqdim edirik:

  • Azərbaycanda məhkəmə sisteminin vəziyyəti hər kəsə bəllidir. Hətta, beynəlxalq təşkilatların hesabatlarında da bu, öz əksini hər il tapır. Belə olan halda, siz məhkəmənin ədalətli qərar çıxaracağına ümid edirsinizmi?
  • Bilirsiniz, hamı dünyaya gələndə bilir ki, nə vaxtsa rəhmətə gedəcək və heç kəs də inanmır ki, sabah öləcək. Ona görə də,  hər  şeyə belə mütləq dərəcədə inanmayın. Qanunların ədalətli bir şəkildə bərpa olunmasıyla  bağlı əlimizdə kifayət qədər faktlarımız var.
  • Beynəlxalq təşkilatlardan gözlənilən reaksiya özünü göstərmədi. Azərbaycanın ifadə azadlığı ilə bağlı istər Avropa Şurası, istərsə də ATƏT və digər təşkilatlar qarşısında öhdəlikləri var. Sizcə, həmin təşkilardan bu məsələ ilə bağlı niyə etirazlar gəlmədi? Sizcə, bu yay tətili ilə bağlıdır, yoxsa diqqətlər Türkiyə olaylarına yönəlib?
  • Adətən, belə müraciətlər qarşı tərəfin arzusu ilə baş tutur. Biz dəstəyi dövlətimizdən gözləyirik, ona güvənirik və  bu məsələni tez bir zamanda araşdıracağına əminik. Öz dövlətimiz olan yerdə başqalarından heç nə istəmirik. O cümlədən də beynəlxalq təşkilatlardan. Təbii ki, beynəlxalq təşkilatlar məsələylə maraqlanırlar. Onları maraqlandıran suallar da var. O sualların cavablarını müxtəlif  səviyyələrdə verənlər də olub. Biz də o sualların cavabını imkan düşdükcə, veririk. Amma bu cavablar heç bir halda Azərbaycan  dövlətinin imicinə ziyan gətirməyib. Əslində, bizim də məhkəməyə müraciət etməkdə məqsədimiz  yaranmış anlaşılmazlığı aradan qaldırmaqdır.  ANS kanalının –  25 illik tarixi olan bir televiziyanın –  fəaliyyətinin  dayandırması barədə verilmiş qərarı tarixi qərar hesab edirəm. Çünki   bu, doğurdan da tarixi bir qərardır.   Eləcə də tarixdə 25 il mövcud olmuş bir kanalla bağlı atılmış tarixi və pozitiv  bir qərardır. Ancaq, nelə bir qərarı dəyişdirmək gücünə malik  dövlətimiz də var. İnanırıq ki, qanunlarımız sayəsində ədalətin bərpasına nail olcağıq. Buna inanmasaydım, bu günləri burada olmazdım. Eləcə də, ANS bütün əməkdaşları.
  • Hökumətlə kanalın təkrar açılması istiqamətində tərəfinizdən müraciət edilibmi, danışıqlar aparılırmı?
  • Nə barədə?  Məhkəmə hökümətin bir qoludur.  Bu bir dialoqdur.
  • Ən azı siyasi danışıqlar…
  • Biz siyasətlə məşğul olmuruq.
  • Ümumiyyətlə, kanalın açılması perespektiviylə bağlı hakimiyyətlə təmas varmı? 
  • Kanalın açılmasına yönəlik qanuni imkanlar və yollardan istifadə edirik. Apellyasiya Məhkəməsinə, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciətimiz də,məhz, buna yonəlib. Bütün addımlarımız qanun çərçivəsindədir. ANS-in Azərbaycan dövlətinin qurulmasında  müstəsna rolu var. Biz Azərbaycan Respublikasının  müstəqil yaşıdıyıq. Azərbaycan dövlətiylə həmyaşıdıq. Bu dövləti necə zərrə-zərrə, tikə-tikə, damla-damla qurulmasının şahidi olmuşuq. Belə bir şahidlərin Azərbaycan dövlətinin imicinə ziyan gətirməsi ağlabatan deyil. Ona görə də, bundan sonra bütün addımlarımızı qanun çərçivəsində atacayıq. Bu məhkəmə qərar çıxaracaqsa, bu qərardan narazı qalacağıqsa, yenidən  növbəti addımlarımızı atacağıq.  O qərardan narazı olacağıqsa, o zaman növbəti addımlarımızı da  atacağıq.  Əksinə, qərardan razı qalarıqsa,  sizinlə birlikdə bunu bayram edəcəyik.
  • Əgər veriləcək qərarlar sizi qane etməzsə, o zaman Avropa Məhkəməsinə müraciət etmək perspektivdə varmı?
  • Biz müvafiq qanunlara rayət edəcəyik, bütün addımlarımızı da ortalığa çıxan zərurətdən, tələbatdan doğaraq, atacayıq.  ANS olaraq, növbəti addımımız hələki 1 saylı Bakı İnzibati-İqtisad  Məhkəməsinə müraciətdir. Düşünürəm ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində  bu məsələyə baxılacaq və tez bir zamanda siz də bir tamaşaçı olaraq,  Azərbaycan xalqının hər bir üzvü kimi sevinəcəksiniz ki, ANS fəaliyyətini bərpa etdi.

 – Avqustun 18-də ANS-in yayımına qoyulan bir aylıq müddət tamam olur.  Qadağa müddəti bitdikdə ANS öz fəaliyyətini avtomatik bərpa edə bilcəkmi?

  • Vəziyyət kifayət qədər mürəkkəbdir.  Bu mürəkkəb vəziyyətdə hansısa qərarın avtomatik verilməsinə inanmaq,  ən azından,  sadəlövhlərin işi ola bilər. Biz isə, təbii ki, elə sizin qədər inamaq istəyirik ki, ayın 18-də bizə deyəcəklər  ki, fəaliyyətə başlayın, bir ay tamam oldu… Amma bu da olmaya bilər. Ona görə də, rəncidə olmaq, əllərini aşağı salmaq, dayanmaq olmaz.  Azərbaycanın tarixində 25 yaşa malik çox az qurum var ki, ANS-in keçdiyi yoldan keçib. Azərbaycanda 25 illik tarixi olan başqa bir ANS varmı?  İnanıram ki, Azərbaycan dövləti də, xalqı da  istəyər ki, ANS həmişə fəaliyyət göstərsin.  Çünki Azərbaycanda ANS-in mövcudluğu  bağlı belə bir ifadə var; “Bizim eradən əvvəl və bizim eradan sonra..” . ANS-ə qədər və ANS-dən sonra. ANS-dən sonra hətta, düşünürəm ki, iraq olsun, insanların  antropoloji görkəmi dəyişə bilər.  İnanıram ki, dövlətimiz buna yol verməz.
  • ANSpress.com niyə bağlıdır? Axı, MTRŞ-ın saytı bağlamaq səlahiyyəti yoxdur…
  • Saytın bərpası üçün qanuni tədbirlər görüləcək.  Bunun üçün tərəfimizdən lazımi addımlar atılır.

Söhbətə Vahid Mustafayev qoşulur:

Xeyir, texniki məsələlər bizim əlimizdə deyil. Mövcud olan problemlərdən biri də bizim 1000-dən  çox əməkdaşımız var.  Bu böyük bir kollektivdir. Hansı ki, təkcə Bakı şəhərində yox, Azərbaycanın digər rayonlarında,  eləcə də Azərbaycandan kənarda fəaliyyət göstərirlər.  Kollektiv bu gün ağı sosial vəziyyətdədirlər və günü-gündən də durumları  çətinləşir. Yəqin ki, qərar verəcək aidiyyati qurumlar bu barədə də fikirləşməlidir.  Bundan əlavə, biz bir təşkilat olaraq, hər gün maliyyə itkiləri ilə rastlaşırıq. Buna baxmayaraq, yəni, bu məsələdə bizim gündəlik maliyyə xərclərimiz eynilə qalıb.

Gununsesi.info