Mirşahin Ağayev: “Kənardan çox pis görünürük” - Ata, Sədərək sahibkarı, Rövşən Əkbərov yox, ŞUŞA TONQALI ətrafına toplaşın

  • By admin
  • 17 Mart 2021 09:12

 

…Hadisələr tez-tez dəyişir…
Anlaşılandır…
Azərbaycan qələbə qazanıb.
…Bu amil ölkədə gedən proseslərə əlavə sürət və miqyas verir. Məlumatlar zəfərin katalizatorluğu ilə bölünür, parçalanır, çoxalır. Belə bir informasiya bolluğunda başlıcası başını və kələfin ucunu-PRİORİTETİ itirməməkdir. Bu gün Azərbaycanda gerçəkdən TARİXİ PROSESLƏR yaşanır. Ən adi hadisə belə Tarixi səciyyə daşıyır! Ən azı Azərbaycan üçün əsrin hadisələri qeydə alınır: PREZİDENT ŞUŞAYA GEDİR! PREZİDENT XOCAVƏNDƏ, FÜZULİYƏ GEDİR! Bəs biz nə edirik? Biz bəsit marağa, çayxana-qeybət-kulinar ovqatı üçün maraqlı ola biləcək mövzulara, məsələn, gah Ata Abdullayevin, gah Rövşən Əkbərovun həbsinə vaxt ayırıırıq. Başa düşürəm: Qələbəyə sevinmək, hələ Qələbəni dərk etmək deyil. Amma Şuşada Zəfərin Novriz tonqalında bütün təkhüceyrəli xəbərlər maşkara kimi yanıb məhv olmalıydı axı… PREZİDENT AZIX MAĞARASINA BAŞ
ÇƏKİB! Dövlətimiz bu yolla hətta eralar əvvələ bayraq sancıb. Biz isə
sanki bu simfoniya hadisələri və belə tarixi addımları unutdurmaq məqsədilə hansısa Rövşən Əkbərov, hansısa Ata Abdullayev popsasına vaxt ayırırıq. Cəhənnəmə həbs ediliblər, gora da üstəlik. Axı nə xəbərdi e bunlar? Bizim Şuşada yandırdığımız tonqalın yanında!!!
…Ermənistan səndələyir, büdrəyir, yıxılır! Biz bu gün QƏLƏBƏNİ TƏDRİS ETMƏLİ, ZƏFƏRİ ANLAŞIQLI TƏRZDƏ VƏTƏNDAŞA ÇATDIRMALIYIQ! Nə etdiyimizdir? Neylədiyimizdir? Diringi, meyxana formatında xəbərlə nəyə nail olacağıq?( Ayıbdı axı!! Prioritetləri niyə süni şəkildə dəyişirik? İki mövzu olmalıdır bu gün! Cəmi iki! Qarabağda qələbə və Pandemiyadan müdafiə! Qalanı təfərrüatdır! Ali Baş komandanın olduğu yüksəkliyə
qalxmaq lazımdır! Alçaqlarla uğraşmaq yox! Sosial media hipnozundan qurtarın! Böyük Qayıdış!!!-dır yeni vəzifə! Dövlətin Bir Nömrəli Vəzifəsi! PRİORİTETİ QƏSDƏN AŞAĞI SALMAYIN! Ata, Sədərək sahibkarı, Rövşən Əkbərov yox, ŞUŞA TONQALI ətrafına toplaşın! Kənardan çox pis görünür!

KƏNARDAN ÇOX PİS GÖRÜNÜRÜK!!!

 

Mirşahin Ağayev