
Cari ilin 22-24 sentyabr tarixlərində Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyası tərəfindən təşkil olunmuş və 44 Dövlət qurumunun əməkdaşlarının iştirak etdiyi atıcılıq idman növü üzrə turnirdə Penitensiar xidməti Mühafizə Alayının Xüsusi təyinatlı bölüyünün komandiri ədliyyə mayoru Vüsal Cavadov, bölüyün manqa komandiri ədliyyə giziri Cövhər Əliyev və bölüyün baş çavuşu ədliyyə baş giziri Fərid Bayramovun daxil olduğu komanda ilə təmsil olunub.
Gununsesi.info xəbər verir ki, fərdi yarışlarda ədliyyə baş giziri Fərid Bayramov birinci yerə, komanda yarışlarındasa xidmət əməkdaşları ikinci yerə sahib olublar.
Cari ilin 22-24 sentyabr tarixlərində keçirilmiş Kikboksinq idman növü üzrə 27-ci Azərbaycan çempionatında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşı Mühafizə Alayının Xüsusi təyinatlı bölüyünün komandir müavini ədliyyə kapitanı Arzuman Qədimov bütün rəqiblərinə qalib gələrək birinci yerə sahib olub. Bu nailliyyət sahəsində 8 qat Azərbaycan, 3 qat Dünya və 3 qat Avropa çempionu, 5-ci İslam Həmrəyliyi oyunlarının bürünc medalçısı A.Qədimov Portuqaliyada keçiriləcək Dünya Çempionatına vəsiqə əldə etmişdir.
Yarışlarda uğur əldə etmiş əməkdaşlarımız 26.09.2023-cü il tarixində Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov tərəfindən Baş idarədə qəbul olunublar.
Nazir müavini onları qazanılmış uğurları münasibətilə təbrik edib, gələcək həyatlarında, idman karyeralarında və işlərində uğurlar arzu edib. Qaliblər Xidmət rəhbərliyi tərəfindən mükafatlandırılıblar.



