Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

21 Noyabr 2017

17 Oktyabr 2017 - 12:46

Mirvari Qəhrəmanlı məhkəmədə ifadə verdi

mirvari

Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal-13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Gununsesi.info xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda şahid qismində “Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi”nin sədri Mirvari Qəhrəmanlı ifadə verib. Bildirib ki, “Kanal 13”-lə müqavilə bağlayıblar və bir sıra maarifləndirici verilişlər çəkilib. Ə.Orucov isə deyib ki, müqavilələrlə bağlı vergilər ödənilib.

M. Qəhrəmanlı bildirib ki, “Kanal 13”-ə Əziz Orucov rəhbərlik edib və onu saf, ədalətli bir jurnalist kimi tanıyır.

Şahid Alış Abdulla isə kanalda təcrübə keçdiyini, maaş almadığını deyib. O, Ə. Orucovun maddi sıxıntılarının olduğunu qeyd edib.

Şahid Ruslan Əhmədov isə kanalda üç ay müxbir kimi çalışdığını, əmək müqaviləsi bağladığını və ayda 300 manat maaş aldığını bildirib.

Proses oktyabrın 24-də davam edəcək.





loading...