Mirzə Davudun problemini 100 mirzə yazsa, bitməz – Yolun pulunu kim yeyib?

  • By admin
  • 02 Oktyabr 2023 13:38

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Mirzə Davud küçəsinin sakinləri sahiblərini axtarırlar. Başqa sözlə desək, bu küçənin abadlığına məsul olası şəxsi. Tikinti apararkən astadan bir çəkic taqqıldatsan “JEK”, “uçaskovı”, bələdiyyə nümayəndələri, icra nümayəndələri daha kimlər, kimlər tökülüb gəlir “şirinlik” istəməyə. Amma küçənin problemi olanda o “muştuluqçuların” heç birini əlində çıraq da gəzsən, tapa bilməzsən. Sahiblənmək istəyən, söz sahibi olan, cavabdehlik edəsi heç kim tapılmır.

Gununsesi.info xəbər verir ki, bu küçədə 5000-dən çox insan yaşayır. Gözdən uzaqda deyil. 8 Noyabr prospektindən ayrılan yol bu küçəyə girir. Şəhərin göbəyində ucqar kənd ab- havasında olan yolları getmək üçün traktor lazımdır. Yağışlı günlərdə bu küçə dönüb olur Venesiya kimi göllər diyarı. Amma turist qəbul eləmir. Çünki turistin küçəyə girməsi üçün gərək qanadları ola.

Mirzə Davud küçəsinin sakinləri dəfələrlə Xətai Rayon icra Hakimiyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etsələr də, müraciətlər cavabsız qalır. Gah deyirlər təmir edəcəyik, gah da deyirlər biz belə vəd verməmişik. Küçəyə işıq çəkdilər, o da yarıya qədər. Qaranlıq qalan küçələrdə yaşayan insanların işıq çəkilən küçələrdən nəyi əskikdir? Əslində, heç nəyi, sadəcə işıq idarəsi 50-60 işıq dirəyini də “həzm edib”.

Küçə sakinlərinin günü taksi sürücüləri ilə davada keçir. Sürücülər bu dərəli, təpəli yollardan keçib mənzil başına çatanda üzləri dönür, ya artıq pul istəyirlər, ya da dava edirlər. Təcili Tibbi yardım maşınları bu küçənin sakinlərini “ xəstə” hesab eləyib gəlmirlər. Əslində, düz edirlər. Bu çala- çuxurla maşında gedəndə ödündə, böyrəyində daş qalmır, bütün daxili orqanların hoppanıb, düşüb idman edir.

Küçə sakinləri Mirzə Davudun kimə aid olduğunu öyrənənə böyük mükafat vəd ediblər. Küçənin abadlaşdırılıb asfaltlanacağı gün isə qurban kəsəcəklər. Görünür, vəzifəli iş adamları humanist, yox dilim sürüşdü heyvansevərdilər. Qurbanlara “yox” deyirlər. Mirzə Davudun sakinləri isə alışıblar, qurban olsalar da olar, qurban olsunlar yolların pulunu yeyib üstündən su içənlərə.

Mövzunu diqqətdə saxlayacağıq.

Gununsesi.info yazıda adı çəkilən qurumların mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Gununsesi.info