Mirzabekyan dövlətə 500 min dollar təzminat ödəyəcək

  • By Günel
  • 12 Sentyabr 2024 12:19

Ermənistan müdafiə nazirinin sabiq müavini Alik Mirzabekyan dövlətə 200 milyon dram (təxminən 500 min dollar) ödəyəcək.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, keçmiş məmurla MN-də nəzarət qurumu arasında qanunsuz əmlakın dövlətə qaytarılması ilə bağlı barışıq sazişi bağlanıb.

Hələ 2020-ci ilin oktyabrında prokurorluq Mirzabekyanın əmlakının mənşəyini yoxlamağa başlamaq qərarına gəlib. Daha sonra ondan və onunla əlaqəli şəxslərdən 5 daşınmaz əmlakın, bir nəqliyyat vasitəsinin, 12 bank əmanətinin və 74 milyon dramın dövlətə qaytarılması tələb edilib.

Qeyd edək ki, A.Mirzabekyan 2007-2016-cı illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışıb və maddi-texniki təminat sahəsinə nəzarət edib.

Gununsesi.info