Mirziyoyev yenə NAMİZƏD OLDU: Bu dəfə onlarla mübarizə aparacaq – ADLAR

Özbəkistan Liberal Demokrat Partiyasının Siyasi Şurasının toplantısı keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Özbekistan Haber” məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, hakim partiya oktyabrın 24-də keçiriləcək prezident seçkilərinə Şavkat Mirziyoyevin namizədliyini yenidən irəli sürüb.

Ölkədə keçiriləcək seçkidə ümumilikdə 4 nazmizəd mübarizə aparacaq:

1. Liberal Demokrat Partiyasından Şavkat Mirziyoyev

2. Ekologiya Partiyasından Narzulla Oblomuradov

3. “Ədalət” Sosial Demokrat Partiyasından Bahrom Abduhalimov

4. Milli Şahlanış Demokrat Partiyasından Alişir Kadirov

Qeyd edək ki, Özbəkistanda son prezident seçkiləri 2016-cı ilin dekabr ayında keçirilib. O zaman Şavkat Mirziyoyev 3 rəqibi qarşısında seçicilərin 88.61 faiz səsini qazanmışdı.

Gununsesi.info