Mirzoyan Barro ilə görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Jan Noel Barro ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, Mirzoyan bu barədə X hesabında paylaşım edib.

Görüş zamanı Ermənistan və Fransa arasında mövcud ikitərəfli münasibətlər, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, o cümlədən siyasi dialoq, regional təhlükəsizlik və beynəlxalq təşəbbüslərdə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

 

Gununsesi.info