
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsinin fundamental məsələləri ilə bağlı hələlik hiss olunan nəticələr yoxdur”.
Gununsesi.info “armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənitsanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komitəsinin iclasında deyib.
Mirzoyan xatırladıb ki, 2023-cü il ərzində xarici işlər nazirləri ABŞ-ın təşkilatçılığı və iştirakı ilə iki dəfə danışıqlar aparıb, Rusiyanın xarici işlər nazirinin iştirakı ilə iki dəfə görüşüblər.
“Biz sülh sazişi layihəsinin bəzi maddələri üzrə irəliləyişə nail ola bilmişik, lakin fundamental məsələlərdə hələ ki, ciddi nəticələr yoxdur. Danışıqları davam etdiririk”, – deyə Mirzoyan əlavə edib.
Gununsesi.info