Ermənistan olaraq Türkiyə ilə normallaşma prosesi çərçivəsində dövlət sərhədlərinin ən qısa zamanda açılmasını istəyirik.
Gununsesi.info-nun xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinə açıqlamasında deyib.
XİN başçısı Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışıqları olduğunu bildirib: “Daimi təmas var və bunlar müsbət dinamika üçün zəmin yaradır”.
Gununsesi.info