Mirzoyan: “Azərbaycan tərəfilə müzakirələr davam edir”

  • By admin
  • 28 Yanvar 2022 11:40

“Demarkasiya və delimitasiya ilə bağlı bizdə hələ ki dəqiqləşdirmələr yoxdur”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistan tərəfində bu məsələ ilə bağlı dəqiqləşdirmələr aparılır. Azərbaycan tərəfi ilə müzakirələr davam edir. İndi biz dəqiqləşdirmələr almağa çalışırıq ki, hansı hissələr Azərbaycan tərəfindən qəbuledilməzdir. Hansı yeni həll yollarını tapa biləcəyimizi düşünürük”, – deyə xarici işlər naziri bildirib.

Gununsesi.info