Mişel açıqlamasında bildirib ki, Balkan ölkələri quruma üzv olmaq üçün potendial namizədlərdir.
Avropa Şurasının Prezidenti Çarlz Mişel təmsilçisi olduğu qurumun gələcəyi ilə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Çarlz Mişel açıqlamasında söyləyib ki, Avropa Birliyi (AB) 2030-cu ilədək yeni üzvlər qəbul etməyə hazır olmalıdır.
Avropa Şurasının Prezidenti Çarlz Mişel həm Avropa Birliyinə üzv olmaq istəyən namizəd ölkələrə həm də AB üzvü ölkələrə çağırış edib.
“Aranızdakı problemləri həll edin, islahatlarınızı tamamlayın”, – deyə Mişel vurğulayıb.
Avropa Şurasının Prezidenti Çarlz Mişel genişlənmək üçün hazırlıq çağırışı edib.
“Bu, iddialıdır, ancaq lazımlıdır. Bizim bu mövzuda ciddi olduğumuzu göstərəcək”.
Tərcümə: Arzu