Mişel Obamaya meymun dedilər - FOTOLAR

  • By admin
  • 15 Noyabr 2016 12:46

misel

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanı dikdaban ayaqqabı geyinmiş meymuna bənzədən dövlət işçisi sərt reaksiya ilə üzləşib. 70 mindən çox adam sosial şəbəkələrdə ABŞ-ın keçmiş birinci xanımını təhqir edən Klay şəhəri  İnkışaf və Əməkdaşlıq qurumunun direktoru Pamela Tayloru irqçilikdə günahlandıraraq istefasını tələb edib.

Şəhər sakinləri  Taylorun və Bələdiyyə başçısı Beverli Ualinqin işlərindən qovulması üçün imza kampaniyası başladıblar. Artıq 14 min nəfər bu kampaniyada iştirak edib.

Belə ki, Donald Tramp prezident seçildikdən sonra Pamela Taylorun Facebook sosial şəbəkəsində paylaşdığı statusu sizə təqdim edirik:

“Ağ Evdə şıq, gözəl və zərif birinci xanım görmək çox xoş olacaq. Dikdaban ayaqqabı geyinmiş meymun görməkdən bezmişdim”.

Bələdiyyə başçısı Beverli Ualinq də bu statusa “Günümü gözəlləşdirdin” deyə rəy bildirmişdi.

Sərt reaksiyalarla qarşılaşan Taylor və Ualinq həmin yazıları silsə də, mesajı əks etdirən fotolar minlərlə istifadəçı tərəfindən paylaşılıb.

Beverli  Ualinq isə mediyaya verdiyi açıqlamada irqçi olmadığını dilə gətirib:

“Mən Ağ Evdəki dəyişiklikdən dolayı  xoşbəxt olduğumu dilə gətirmişdim. Yazdıqlarım kimisə incitdisə, üzr istəyirəm. Məni  tanıyanlar irqçiliklə heç bir əlaqəmin olmadığını bilirlər”.

Pamela Taylor da qeyd edib ki, gözəlliklə bağlı şəxsi fikrini bildirib. O, həmçinin, hər kəsdən üzr istəyib.

misel1

Nigar Cəfərli

Gununsesi.info