Mişel Paşinyanla görüşdü: NƏLƏR MÜZAKİRƏ EDİLDİ?

  • By admin
  • 06 Aprel 2022 19:32

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Ermənistanın baş naziri və Avropa Şurasının rəhbəri ötən il dekabrın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bugünkü üçtərəfli danışıqların səmərəli olacağına, sabitliyə və problemin hərtərəfli həllinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Bundan əlavə, Paşinyan və Mişel Ermənistan-Avropa İttifaqı əməkdaşlığı məsələlərini, xüsusilə Aİ-nin Ermənistan üçün 2,6 milyard avro dəyərində iqtisadi və investisiya planının icrası prosesini də müzakirə ediblər.

Gununsesi.info