Mişel şəhidlərimizin önündə sayğı duruşunda…

  • By admin
  • 18 İyul 2021 09:08

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdədir.

 

Gununsesi.info-nun xəbərinə görə, Aİ Şurasının Prezidenti Şarl Mişel Şəhidlər Xiyabanını ziyarət edib, abidə kompleksi önünə əkil qoyub. O, buradan Bakının mənzərəsini də seyr edib.

 

Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionuna səfərdədir. O, iyulun 16-17 Ermənistanda səfərdə olub, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və Prezident Armen Sarkisyanla görüşüb. Bu gün isə o, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Gununsesi.info