Mişel Türkiyəyə başsağlığı verdi

  • By admin
  • 15 Oktyabr 2022 18:31

Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel Türkiyənin Bartın vilayətində mədəndə baş vermiş partlayış nəticəsində yaxınlarını itirənlərin ailələrinə başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, Ş.Mişel bu barədə Twitter hesabında yazıb.

“Bartın kömür mədənində faciəvi insan itkisi ilə bağlı kədərlənirəm. Yaxınlarını itirən ailələrə və bu kədər anında bir araya gələn bütün cəmiyyətə başsağlığı verirəm. Sağ qalanlara və xilasedicilərə ən xoş arzularımı yetirirəm”, – paylaşımda bildirilib.

Gununsesi.info