Misir girov saxlanılan əcnəbi vətəndaşların və ikili vətəndaşlığı olan şəxslərin azad edilməsi ətrafında HƏMAS ilə danışıqları öz üzərinə götürəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, rəsmi Qahirə bu məsələdə HƏMAS ilə razılığa gəlmək niyyətindədir. Mənbələr, həmçinin telekanala bildiriblər ki, Misir Fələstinin müqavimət hərəkatından əcnəbi girovlara və ikili vətəndaşlığı olan məhbuslara qarşı zorakılıq tətbiq edilməyəcəyinə dair təminat alıb.
Gununsesi.info