Misir klubları ölkə çempionatında iştirakdan imtina etdi

  • By admin
  • 27 İyun 2020 12:44

Misirin “Zamalek” futbol klubunun prezidenti Mortad Mənsur ölkə çempionatının oyunlarında iştirakdan imtina edəcəklərini bildirib.

Gununsesi.org “Kingfut” nəşrinə istinadən xəbər verir ki, “Zamalek”, “İsmaili” və “Əl-Məsri”nin belə qərar verməsinə ölkədəki koronavirus pandemiyası səbəb olub.

Qeyd edək ki, ölkənin İdman naziri Əşraf Söbhinin sözlərinə görə, iyulun 25-dən etibarən futbol üzrə Misir Liqasının oyunları bərpa edilməlidir.

Gununsesi.org