Misir lideri Şahin Mustafayevi qəbul etdi

  • By admin
  • 22 Fevral 2018 20:35


Bu gün Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi bu ölkədə səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, Ş. Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misir Prezidentinə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan ilə Misir arasında hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin bərpası hər iki ölkənin iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən Ş. Mustafayev vurğulayıb ki, bu islahatlar nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb.

Gununsesi.info