Misir Mərdanov: MƏNƏ GÜLÜRDÜLƏR Kİ......

  • By admin
  • 14 Noyabr 2021 13:13

43 ilə yaxındır ki, müxtəlif dövlət vəzifələrində çalışmışam. Həmişə rejim saxlamışam. Bu yaşımda hər gün orta hesabla 11 kilometr sürətlə gəzirəm. Artıq 11-ci ildir ki, bağımda yaşayıram. İdman formasında səhər 5 kilometr, gündüz bir az, axşam da 5 kilometr gəzirəm.

Gununsesi.info xəbər verir ki, bu sözləri sabiq təhsil naziri Misir Mərdanov “Göstərir radio” verilişində deyib.

“Bütün həyatım boyu işdə evdən götürdüyüm yeməklə qidalanmışam. Hər gün səhər tezdən həyat yoldaşım mənə xüsusi yemək hazırlayır. Bəzi adamlar əvvəllər mənə gülürdülər ki, Misir müəllim yeməyini özü ilə götürür. Mən isə hesab edirəm, bu, normal bir haldır. Bu gün də günorta yeməyimi işdə yeyirəm. Harasa gedib vaxt itirmirəm. Yeməyi yeyəndən sonra bir az istirahət edib, işimə davam edirəm. Hazırki işimdə mənə qəribə baxırlar ki, heç dincəlmirəm, bütün gün kompüter arxasındayam, yazıb-pozuram. Ancaq mən bundan zövq alıram. Səmimi deyirəm, həyatımda boşluq yoxdur”, – sabiq nazir deyib.

Gununsesi.info