Misir mumiyaları türk çıxdı - ALİMLƏR ŞOKDA

  • By admin
  • 13 İyun 2017 12:25

misir2

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Misirdə 90 mumiyanın genetikasını öyrənmək məqsədilə onlardan DNT analizləri götürülüb. Araşdırmalar zamanı məlum olub ki, həmin mumiyaların Afrika bölgəsi ilə çox az bağlılığı var imiş.

İndiyə qədər mumiyalardan DNT analizinin götürülməsi bir çox alimlər tərəfindən mümkünsüz hesab edilirdi. Lakin tədqiqatçıların bu qəanəti uzun sürməyib. Belə ki, Misir mumiyalarının sümük və dişlərində genetika analizi üçün xeyli material aşkarlanıb. Alimlər eramızdan əvvəl II və eramızın I minilliyinə aid mumiyaları araşdırıb. Həmin dövr isə Misirin Roma İmperatorluğunun tabeliyi altına keçdiyi zaman kəsiminə uyğun gəlir.

Tədqiqatların nəticələrinə görə, antik misirlilərin genetikasının əsası hazırda Türkiyə və İraqda yaşayan insanların genetikasına uyğun gəlir. Bir qismində isə indiki İsrail, Suriya, Livanda yaşayan insanların genetik izlərinə rast gəlinib.

DNT analizinin nəticələri qarşısında təəccübünü gizlətməyən alimlər bu hadisəni qədim Misirin siyasi və iqtisadi əlaqələri ilə bağlayırlar. Belə ki, həmin dövrlərdə Misir sözügedən ölkələrlə müharibələr aparmış, eyni zamanda ticarət aləqələri saxlamışdır.

Araşdırmalar zamanı 8 əsr boyunca Misirin genetikasının dəyişmədiyi də məlum olub. Bu barədə məlumatı Almaniyakı Maks Plank İnsan və Tarix Elmləri İnstitutunun mütəxəssisi Cohannes Kraus verib. Onun fikrincə, Misirin etnik tərkibində əsaslı dəyişiklik 1400-cü ildən sonraya təsadüf edir.

misir

 

misir1

 

misir2

 

misir3

Gununsesi.info