Misir prezidenti Əbdülfəttah əs-Sisi İsrailin baş naziri Binyamin Netanyahunun telefon danışığı təklifini rədd edib.
Gununsesi.info bildirir ki, İsrail mətbuatında yer alan xəbərlərə görə, İsrail Baş nazirliyi ölkənin Milli Təhlükəsizlik Şurası vasitəsilə Misir prezidenti Sisi ilə Netanyahu arasında telefon danışığı təşkil etməyə çalışsa da, bu tələb Sisi tərəfindən rədd edilib.
İsrailin özəl televiziya kanalı “Kanal 13″də Sisinin telefon danışığı tələbini rədd etməsinin “İsrailin Qəzzaya hücumlarının sona çatmasından sonra Misir-Qəzza sərhədinə kimin nəzarət edəcəyi ilə bağlı gərginliklə bağlı” olduğunu qeyd edib.
Məlumdur ki, İsrail Misirin Qəzza ilə sərhədinə nəzarət etmək istəyir.
İsrail mediası həmçinin Qahirə ilə Təl-Əviv arasında aşağı səviyyəli təmasların aparıldığını bildirir.
Misir Mətbuat İnformasiya Agentliyinin sədri Ziya Rəşvan dünən verdiyi yazılı açıqlamada İsrailin Qəzza zolağı ilə Misir arasındakı sərhəd xətti olan Filadelfiya dəhlizini (Səlahəddin dəhlizini) işğal etmək üçün atacağı hər hansı addımın Misir-İsrail münasibətlərini ciddi şəkildə təhdid edəcəyini bildirib.
Gununsesi.info