Qəzza zolağında münaqişə tərəfləri tezliklə atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gələcəklər.
Gununsesi.info EFE-yə istinadən xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi bildirib.
“Yaxın bir neçə gün ərzində atəşkəsin tətbiqi ilə bağlı razılıq əldə edəcəyik”, – o deyib.
EFE qeyd edir ki, İsrail və HƏMAS nümayəndələri arasında danışıqlar Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Dohada aparılır.
Gununsesi.info