Misir Prezidenti Səudiyyə Ərəbistanındakı vəziyyətlə bağlı açıqlama verdi

  • By admin
  • 09 Noyabr 2017 10:45

“Səudiyyə Ərəbistanında vəziyyət sabitdir və nəzarət altındadır”.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bunu Misir prezidenti Əbdül Fəttah əs-Sisi bildirib.

O, bildirib: “Mən Səudiyyə Ərəbistanının rəhbərliyi inanıram, orada baş verən hər şey qanun əsasında baş verir. Orada vəziyyət sabitdir və nəzarət altındadır”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ali korrupsiyaya qarşı mübarizə komitəsi aralarında kral ailəsinin üzvləri, nazirlər, hərbçilər və iş adamları olan 40-a yaxın nüfuzlu şəxsin saxlanılması barədə göstəriş verib.

Gununsesi.info