Misir prezidentinə qarşı iki sui-qəsd cəhdinin qarşısı alınıb

  • By admin
  • 20 Noyabr 2016 22:11

img2251629

 

Misir təhlükəsizlik qüvvələri ölkə prezidenti Abdel Fəttah əlSisiyə qarşı iki suiqəsd cəhdinin qarşısını alıb.

APA-nın “Al Watan” nəşrinə istinadən verdiyi məlumata görə,  bunu bu gün Misir baş prokuroru Nabil Sadek açıqlayıb.

Baş prokuror deyib ki, biri Səudiyyə Ərəbistanında olmaqla, iki terrorçu qrup Misir prezidentini öldürməyi planlaşdırıb. Sui-qəsd cəhdlərindən birinin əl-Sisinin Məkkədə ümrə (kiçik həcc) ziyarəti zamanı həyata keçirilməsi nəzərdə tutulub.

Misir Hərbi Prokurorluğunun istintaqını apardığı cinayət işi çərçivəsində onlarla insan saxlanılıb.

 

 

Gununsesi.info