
Misir Prezidenti Abdel Fəttah as-Sisinin oğlu bu ölkənin Rusiyadakı səfirliyində hərbi attaşe təyin edilib.
Gununsesi.org-un xəbərinə görə, bu barədə “Mada Masr” portalı məlumat yayıb.
Nəşr yazır ki, Ümumi Kəşfiyyat Xidmətində vəzifə tutan Mahmud as-Sisi 2020-ci ildə uzun müddətə Rusiyaya göndəriləcək.
Misir hökuməti bununla bağlı hələlik rəsmi məlumat verməyib.
Qeyd edək ki, Mahmud as-Sisi bundan öncə Ümumi Kəşfiyyat Xidmətində KİV-lərə bağlı sahəyə məsul olub.
Gununsesi.org