Misir Qəzza zolağı ilə sərhəddə onlarla texnika yerləşdirib

  • By admin
  • 01 Noyabr 2023 09:50

Misir Qəzza zolağı ilə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsi yaxınlığında tank və zirehli texnika yerləşdirib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, sərhəd yaxınlığında “onlarla nəqliyyat vasitəsi” görünür.

Keçid məntəqəsində ağır hərbi texnikanın görünməsi Misirin on minlərlə qaçqının mümkün axınından ehtiyat etdiyi bir vaxta təsadüf edir.

“Rəfah” Misirlə Qəzza zolağı arasında yeganə sərhəd keçid məntəqəsidir.

Gununsesi.info