Misir və ABŞ ordusu bir araya gəlir

  • By admin
  • 05 Sentyabr 2017 23:10

usa_army_car_060515
Misir və ABŞ Silahlı Qüvvələri 8 illik fasilədən sonra birlikdə “Bright Star -2017” (Parlaq ulduz) adlı hərbi təlimlər keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Misir ordusu məlumat yayıb.

Hərbi təlimlərin Misirin Əl-Əlameyn bölgəsində yerləşən Məhəmməd Nəcib hərbi bazasında 10-20 sentyabr tarixlərində baş tutacaq.

“Sonuncusu 2009-cu ildə baş tutan “Bright Star – 2017” hərbi təlimləri Misirlə ABŞ arasında strateji və təhlükəsizlik sahəsində əlaqələri gücləndirməyi hədəfləyir”, – açıqlamada bildirilib.

Gununsesi.info