Misirdə dünyanın ən qədim protezi aşkar olunub

  • By admin
  • 06 İyul 2017 17:22

10

Misirin Luksor şəhəri yaxınlığında yerləşən Şeyx Abdülkurna Nekropolisində alimlərin apardıqları arxeoloji qazıntılar zamanı aşkar edilmiş tapıntı minlərlə insanın marağına səbəb olur.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyata keçirilən qazıntı işləri zamanı yaşı 3000-dən çox olan baş barmaq protezi tapılıb.

Belə ki, İsveçrənin Bazel Universitetinin Qədim Sivilizasiyalar bölümündə çalışan misirli alimləri bildiriblər ki, bu, planetdə mövcud olan ən qədim protezdir.

Qeyd edək ki, alimlər protezin kral ailəsinə yaxın yüksək rütbəli şəxs üçün hazırlanmış olduğunu ehtimal edirlər.

Anar

Gununsesi.info