
Misirdə terrorçuları hərbçilərə hücum ediblər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misirin Sinay yarımadasının şimalında yerləşən Rafah şəhəri yaxınlığında eyni vaxtda törədilmiş iki partlayış nəticəsində biri polkovnik olmaqla, ümumilikdə 10 hərbiçi həlak olub və xeyli sayda hərbi qulluqçu isə yaralanıb.
Belə ki, hadisə yerinə polislər və təcili tibbi yardım xidməti cəlb olunub. Yaralılar dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Xəsarət alanların böyük əksəriyyətinin vəziyyəti ağır olduğundan tələfatın artacağı istisna olunmur.
Rəsmi qaynaqlar bunu hələ təsdiqləməsə də, şahidlər partlayışın iki intiharçı-terrorçu tərəfindən reallaşdırıldığını söyləyiblər.
Qeyd edək ki, partlayışla bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Anar
Gununsesi.info